28 iyun 2024-cü il, saat 15:00 “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətin Nizamnaməsinə əsasən səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, iclasın keçirilmə ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 ünvanıdır.
Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir:
1. “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək;
2. Digər məsələlər.
Ümumi Yığıncağın gündəliyi üzrə materialları əldə etmək üçün, həmçinin Ümumi Yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təkliflərin verilməsi üçün hər həftənin birinci və üçüncü günü saat 10:00-dan 13.00-dək “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 ünvanına müraciət edə bilərsiniz.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.