Azərbaycanda fəaliyyətdə lizinq fəaliyyəti ilə məşğul olan “Partner Finance” QSC 2023-cü ildə 27 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə şirkətin xalis mənfəəti 13 min manat idi.
FED.az şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Lizinq şirkətinin xalis mənfəəti son bir il ərzində 14 min manat və ya 2 dəfə artıb.
Bu dövrdə şirkətin mənfəət vergisi ödəmələri 80,4 min manat və ya 68,5% artaraq 197,8 min manata çatıb.
Şirkətin faiz gəlirləri illik müqayisədə 649 min manat və ya 63,5% artaraq 1 milyon 671 min manat olub.
Komissiya gəlirləri 265,5 min manata bərabər olub ki, bu da illik müqayisədə 97,8 min manat və ya 58,3% çoxdur.
Sair gəlirlərdə illik 30,3 min manat (2,6 dəfə) artım baş verib və 49,7 min manata yüksəlib.
Hesabat dövründə şirkətin faiz xərcləri 702,6 min manat, işlərin aparılması xərcləri 292,6 min manat təşkil edib. İllik müqayisədə faiz xərcləri 300,4 min manat (74,7%), işlərin aparılması xərləri 72,2 min manat (32,8%) artıb.
Lizinq şirkəti ötən il 12 milyon 963 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 4 milyon 888 min manat və ya 60,5% artıb.
Debitoror borclarının (lizinq aktivləri) 8 milyon 56 min manatdan 12 milyon 930 min manata yüksəlib. Bu borcların 10 milyon 426 min manatı əsas borc, 2 milyon 504 min manatı isə faiz borcu hesab edilir.
“Partner Finance”ın investisiya qiymətli kağızlar üzrə (istiqraz) 3 milyon 979 min manat öhdəliyi var. Bu illin əvvəlində 2 milyon 520 min manat idi. Bu da illik müqayisədə 1 milyon 459 min manat və ya 57,9% artım deməkdir.
Qiymətli kağızlar üzrə faiz borcu isə 269,3 min manata bərabər olub ki, bu da illik müqayisədə 126,6 min manat (88,7) artım deməkdir.
Lizinq şirkətinin kapitalı 890 min manat və ya 2,2 dəfə artaraq 1 milyon 622 min manata yüksəlib.