4 sentyabr 2024-cü il saat 15.00-da “Star Park” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti 30/68 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəlikdəki məsələlər aşağıdakılardır.
1. Səhmdar cəmiyyətin 2023 və 2024-cü illər üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Digər məsələlər.
Səhmdarlar onları maraqlandıran məsələlərlə əlaqədar rəhbərliyə müraciət edə bilərlər.
Səhmdarlardan şəxsiyyət vəsiqəsinin və hesab açılmış bankın rekvizitlərinin təqdim edilməsi xahiş olunur.
Telefon – 441-14-48, faks – 498-07-03.