23 avqust 2024-cü il saat 10.00-da “Bakışəhərtikintimexanikləşdirmə” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Abdulla Mirzəyev küçəsi 18 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətinin nizamnaməsinə əlavələrin və dəyişikliklərin edilməsi.
3. Müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi.
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan-17.00-dək +994 50 31699 98 nömrəli telefonla əlaqə saxlaya bilərlər.