19 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2001023517 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 33 investor tərəfindən 38 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10 milyon 655 min ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon ABŞ dolları təşkil etdib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.