19 noyabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycan şirkəti “Rolls-Royce”la iri müqavilə imzalayıb - MƏBLƏĞİ AÇIQLANMIR
FED.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, hərracda hər birinin nominal dəyəri 1000 dollar olan 10 min ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqraz təklif ediləcəkdir. Tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti - hər 3 təqvim ayından bir nəzərəd tutulur.
İllik faiz dərəcəsi 5 faizdir.
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 15 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 10 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.