22 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "A+CO" ASC-nin (Xırdalan şərab zavodu) səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Bakı Fond Birjası "BOA Agency" ASC-nin səhmlərini şərti listinqə - DAXİL EDİB
Bu barədə FED.az-a Birjadan bildirilib.
Hər birinin nominal dəyəri 1 manat olan səhmlərin sayı 190 min ədəddir. 24 iyun 2023-cü ildə "A+CO" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İ.Ş” ASC-dir.
Hazırda "A+CO" ASC-nin nizamnamə kapitalı 10 min manatdır. Yerləşdirmə uğurla yekunlaşarsa Şirkətin nizamnamə kapitalı 200 min manata yüksələcək.
2019-cu ilin Noyabr ayında "A+Co" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib. “A+Co” MMC 22 dekabr 1997-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev, ev 121-dir. Şirkət şərab, konyak, digər alkoqollu və alkoqolsuz içkilər istehsal edir. “A+Co” şirkətinin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.