23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə " BOA Agency " ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
Bu barədə FED.az-a Birjadan bildirilib.
Adi adlı sənədsiz səhmlərin sayı 86 min ədəd, hər birinin nominal dəyəri 1 manatdır. Yerləşdirilmə forması "Abunə yazılışı" üsuludur.
Qeyd edilib ki, "BOA Agency" ASC “Bakı Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılması öhdəliyini üzərinə götürür.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.