Salyan rayonunda 3 ASC-nın səhmdarları toplaşacaq.
Eləcə də bax: Şirkət öz əmlakını səhmdarları arasında bölüşdürəcək - İCLAS
FED.az xəbər verir ki, iclas keçirəcək şirkətlər “Salyan İnşaat Materialları” ASC, “Salyan İnşaat Xidmət” ASC, “Salyan Reproduktor Quşçuluq” ASC-dir.
Hər 3 şirkətin iclasının gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (direktorlar şurası), icra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
“Salyan İnşaat Materialları” ASC
Tarix: 19 avqust 2020-ci il saat 11.00
Ünvan: Salyan şəhəri, 20 Yanvar küçəsində müəssisənin inzibati binası
Əlaqə telefonu- (050) 510 40 06
“Salyan İnşaat Xidmət” ASC
Tarix: 20 avqust 2020-ci il saat 11.00
Ünvan: Salyan şəhəri, N.Babayev küçəsi 8 nömrəli ünvan
Əlaqə telefonu- (050) 517 52 88
“Salyan Reproduktor Quşçuluq” ASC
Tarix: 21 avqust 2020-ci il saat 11.00
Ünvan: Salyan rayonu, Qaraçala qəsəbəsi
Əlaqə telefonu- (050) 612 22 62