2020-ci il avqustun 14-də Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 187, 21 nömrəli mənzildə saat 11.00-da “Transavto EKS” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Eyni şəxs iki qapalı - SƏHMDAR CƏMİYYƏT YARADIB
FED.az xəbər verir ki, gündəlikdəki məsələ ASC-nin Ləğvetmə Balansının və qalıq əmlakının səhmdarlar arasında bölüşdürülməsini əks etdirən hesabatın təsdiqidir.
Qeyd edək ki, “Transavto EKS” ASC ləğvetmə prosesindədir. Ləğvetmə Balansı və Hesabat bu elanın mətnilə bilrlikdə 7 gün ərzində hər bir səhmdara məktub şəklində poçt vasitəsilə göndəriləcəkdir.