Bu ilin yanvar-noyabr aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 1 milyard 938,4 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 182,3 milyon manat və ya 15% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 93 milyon 212 min manat,dövlət istiqrazları üzrə dövriyyə 69 milyon 175 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 25 milyon 721 min manat, səhm əməliyyatları üzrə dövriyyə 4 milyon 148 min manat, repo əməliyyatları üzrə dövriyyə 859 milyon 812 manat təşkil edib.
Əməliyyat sayı isə 456 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 227 milyon 261 min manat (3,4) dəfə azalıb, dövlət istiqrazları üzrə dövriyyə 48 milyon 741 min manat (3,4 dəfə) artıb, korporativ istiqrazlar üzrə dövriyyə 24 milyon 149 min manat (16,4 dəfə), səhm əməliyyatları üzrə dövriyyə 4 milyon 143 min manat (830,4 dəfə) artıb, repo əməliyyatları üzrə dövriyyə 32 milyon 97 min manat (3,6%) azalıb.
Əməliyyat sayında isə 72 ədəd və ya 15,3% artım qeydə alınıb.