2024-cü ilin yanvar-dekabr aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 781,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 200,3 milyon manat və ya 34,5% çoxdur.
"Xalq Kapital" İnvestisiya Şirkətinin dövriyyəsi - 34% AZALIB
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bildirilir ki, bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 178,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 25 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 4,4 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 3,5 min manat, repo əməliyyatları üzrə dövriyyə 573,3 milyon manat təşkil edib.
Əməliyyat sayı isə 132 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 131,6 milyon manat (42,4%), dövlət istiqrazları üzrə dövriyyəsi 137,3 milyon manat (6,5 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 22,2 milyon manat (6 dəfə), səhm əməliyyatları üzrə dövriyyə 10,2 manat (4 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 491,4 milyon manat və ya 7 dəfə artıb.
Əməliyyat sayında isə 58 ədəd və ya 30,5% azalma qeydə alınıb.