"Bravo" supermarketlərinin daxil olduğu "Azərbaycan Supermarket" MMC Bakı Fond Birjasına (BFB) AZ2002023524 ISIN kodlu, faizli, təminatsız, sənədsiz adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün müraciət etmişdir.
Eləcə də bax: Bravo istiqrazlarına 10 investor 14 sifariş təqdim etdi - Tələb təklifi üstələdi
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, müraciət məktubuna cavab olaraq, Listinq Komitəsinin qərarı ilə Azərbaycan Supermarket MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınmışdır.
Qeyd edək ki, 14 mart 2022-ci il tarixindən Azərbaycan Supermarket MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınaraq ticarət ediləcəkdir.
Listinq siyahısı – Birjada listinqdə daxil edilməklə ticarətə buraxılan qiymətli kağızların siyahısıdır.
Qeyri-listinq siyahısı – Birjada listinqə daxil edilmədən ticarətə buraxılan qiymətli kağızların siyahısıdır.(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.