28 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2002023524 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1002.549 AZN (11.1185%) və 1055.0898 AZN (8.9812%) olan 14 sifariş təqdim edilib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1054.5834 AZN (9.0012%), orta ölçülmüş qiyməti 1054.6035 AZN (9.0004%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14 milyon 496 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil eedib.
İstiqrazın illik faiz dərəcəsi 10.5%-dir , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək.
İstiqrazların ödəmə tarixi 28 oktyabr 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.