16 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2003002881 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: "Bank Respublika" istiqrazlarının “Açılış Zəngi” mərasimi - KEÇİRİLDİ
Birjadan FED.az-a verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon 980 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 8.5% təşkil edir, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "PAŞAKapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.