Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 793 milyon 468 min 91 manat təşkil edib.
"Bakı Fond Birjası"nda ötən il - 45 QİYMƏTLİ KAĞIZ YERLƏŞDİRİLİB
FED.az xəbər verir ki, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, Bakı Fond Birjasında 01.01.2022-30.06.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 949 milyon 540 min 470 manat təşkil etmişdi.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 16%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 54% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 32% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.
2023-cü ilin iyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 milyard 848 milyon 500 min 254 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 18% böyümə qeydə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.