2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) 45 qiymətli kağız - səhm və istiqraz yerləşdirilib.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bunu BFB-də keçirilən "Emitent günü" tədbirində Birjanın İdarə Heyətinin sədr əvəzi Eldar Abdullayev bildirib.
"2023-cü ildə bu rəqəmi artırmağı planlaşdırırıq", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 2,3 % az - 14 milyard 947,985 milyon manat təşkil edib. İl ərzində bağlanmış əqdlərin sayı isə 11,2 % azalaraq 10 501 olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.