"Bakı Fond Birjası" QSC-nin (BFB) əməkdaşları Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) təşkil etdiyi “Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri” təcrübə mübadiləsi tədbirində iştirak edib.
Bakı Fond Birjasında əməliyyatların həcmi - KƏSKİN ARTIB
FED.az BFB-yə istinadən xəbər verir ki, tədbirdə özəl sektorda gender bərabərliyinin tövhələri, gender boşluqlarının azaldılmasına dair təşəbbüslər, qadın səlahiyyətlərini artırılmasında ticarət palatalarının rolu və digər mövzularda geniş müzakirələr aparılıb.
BFB bu ilin fevral ayında BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulub. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas hədəflərindən biri BMT-nin “UN Women”/“UN Global Compact” strukturlarının Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi prinsipləri (“Bərabərlik biznes deməkdir!”) haqqında məlumatlılığı artırmaq məqsədilə şirkətlərə texniki dəstək təmin etməkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.