Bakı Fond Birjasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 21 milyard 836 milyon 902 min manat təşkil edib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 4%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 6% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 197% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 450% artım qeydə alınıb.
2023-cü ilin noyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 904 min manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 22% artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.