Bu ilin yanvar-noyabr aylarında "ABB İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 34 milyard 906 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 192 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 4,48 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 400,2 milyon manat, səhmlər üzrə dövriyyəsi 16,6 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 29,8 milyard manat olub.
Cari dövrdə «ABB İnvest»in dövlət istiqrazları üzrə dövriyyəsi 3,45 milyard manat (4,4 dəfə), ARMB qiymətli kağızları üzrə dövriyyəsi 86,5 milyon manat (82%), korporativ istiqrazları üzrə dövriyyəsi isə 267,2 milyon manat (3 dəfə) artıb.
Yanvar-noyabr aylarının nəticələrinə görə, «ABB İnvest»in əməliyyatlarının sayı 23 min 152-yə bərabər olub.











