"ABB İnvest İnvestisiya Şirkəti”nin dövriyyəsi 42%-dən çox artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 28 milyard 446 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 8 milyard 465 milyon manat və ya 42,4% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 176,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 4 milyard 421 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 318,5 milyon manat, səhmlər üzrə dövriyyəsi 13,1 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 23 milyard 516 milyon manat olub.
Cari dövrdə “ABB İnvest İnvestisiya Şirkəti”nin dövlət istiqrazları üzrə dövriyyəsi 3,51 milyard manat (385,6% və ya 4,9 dəfə), korporativ istiqrazları üzrə dövriyyəsi 189,8 milyon manat (147,4% və ya 2,5 dəfə) artıb. ARMB qiymətli kağızları üzrə dövriyyə 71,4 milyon manat (67,6%), repo əməliyyatlarının dövriyyəsi isə 9,31 milyard manat (65,5%) artıb.