“PAŞA Kapital” İnvestisiya Şirkətinin dövriyyəsi 36,4 milyard manata yaxınlaşıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 36 milyard 388 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 16 milyard 418 milyon manat və ya 82,2% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 697,3 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 9 milyard 604 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1 milyard 343 milyon manat, səhmlər üzrə dövriyyəsi 4,6 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 24 milyard 739 milyon manat olub.
Cari dövrdə “PAŞA Kapital”ın dövlət istiqrazları üzrə dövriyyəsində kəskin artım qeydə alınıb: dövriyyə 6,19 milyard manat və ya və ya 2,8 dəfə artıb. Eyni zamanda, korporativ istiqrazlar üzrə dövriyyə təxminən 348,2 milyon manat və ya 35,0% artıb. Repo əməliyyatları üzrə dövriyyə isə 10,53 milyard manat və ya 74,1% yüksəlib. Səhm əməliyyatları da 2,2 milyon manat və ya 89,9% artım nümayiş etdirib.
Yanvar-sentyabr aylarının nəticələrinə görə, “PAŞA Kapital”ın ümumi əməliyyatlarının sayı 1 321 ədəd və ya 25,3% artaraq 6 min 535 ədəd olub.