Çərşənbə axşamı ABŞ-ın müsbət inflyasiya hesabatı, Federal Ehtiyatlar Sisteminin iqtisadiyyata mənfi təsir göstərmədən istehlak qiymətlərini effektiv şəkildə idarə edə biləcəyinə inamı gücləndirdi. Şərtlərin nə çox “isti”, nə də çox “soyuq” olmadığı bu "Goldilocks" ssenarisi həm səhmlər, həm də istiqrazlar üçün faydalı olaraq görülür.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 6 DƏFƏ ARTIB
Səhm bazarı FED-in 2022-ci ilin əvvəlindən bazar dəyişkənliyinə səbəb olan əlavə faiz artımlarını həyata keçirməyəcəyi ehtimalları fonunda qeyri-sabit bir dövrdən sonra noyabr ayında əhəmiyyətli dərəcədə yüksəldi.
Çərşənbə axşamı açıqlanan inflyasiya məlumatları bu perspektivi gücləndirdi. İstehlak qiymətləri oktyabr ayında bir ildən çox müddətdə ilk dəfə olaraq aylıq müqayisədə dəyişməyərək sabit qaldı, analitiklərin proqnozlaşdırdığından daha yumşaq bir nəticə göstərdi. Eyni zamanda, daha sərt pul-kredit siyasətinin iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər verdiyinə dair faktların olmaması da qiymətlərin iqtisadi inkişaf tempinə mane olmadan “soyumağa” davam edə biləcəyi fikrini dəstəkləyir.
Məlumatlar fond birjalarında güclü ralliyə səbəb oldu. “S&P 500” indeksi aprelin sonundan bəri ən böyük günlük qazancını əldə edərək 1.9% yüksəldi. İndeks oktyabr ayındakı minimumlarından bəri 9% dəyər qazanıb. İstiqraz qiymətləri ilə mənfi korellarisyada olan ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi keçən ay test etdiyi 16 ilin ən yüksək göstəricisindən 50 bənddən çox azalaraq, sentyabrın sonundan bəri ən aşağı nöqtəyə çatıb.
Çərşənbə axşamı günü inflyasiya hesabatından sonra investorlar FED-in hesabatdan əvvəl proqnozlaşdırılan 75 bəndlik faiz endrimi əvəzinə 2024-cü ildə faiz dərəcələrini təxminən 100 baza bəndi azaldacağını ehtimal edirlər.
Bu, məlumatların yayımlanmasından əvvəlki proqnozlara uyğundur. “BofA Global Research”-in çərşənbə axşamı dərc olunan aylıq sorğusuna görə, fond idarəçilərinin 76%-i FED-in faiz artımı dövrünü tamamladığına inanır, oktyabrda isə bu nisbət 60% idi. Bu, sorğunun may ayında bu problemi izləməyə başlamasından bəri ən yüksək göstəricidir.
Bu səbəbdən də ABŞ-da hətta ehtimalların belə altında açıqlanan inflyasiya göstəricilərindən sonra Dollar indeksi (DXY) 104 bənd hədlərinə qədər gerilədi. Dolların kəskin ucuzlaşması fonunda major valyutalar dollar qarşısında sürətlə bahalaşdılar. Belə ki, EURUSD 1.0886, GBPUSD 1.2500 hədlərinə kimi bahalaşdı, USDJPY 150.14, USDCHF 0.8880 hədlərinə kimi dəyər itirdi. Qızıl isə (XAUUSD) 1970.80$ həddini test etdikdən sonr bir qədər geriləyərək günlük şşamı 1963$ səviyyəsində bağladı.
Lakin qeyd etmək lazımdır ki, bəzi investorlar inflyasiya meylləri ilə bağlı ehtiyatlı davranmağa davam edirlər.
Keçən həftə FED sədri Cerom Pavel xəbərdarlıq etmişdi ki, mərkəzi bank rəsmiləri faiz dərəcələrinin inflyasiya ilə effektiv mübarizə aparmaq üçün kifayət qədər yüksək olduğuna inanmırlar. Bu isə, bir qisim invetorların FED-in ilsonuna kimi daha bir dəfə faiz artıra biləcəyi düşüncələrində qalmasına səbəb olur.
Bu gün isə Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Pərakəndə Satış Dövriyyəsinin həcmi kimi önəmli iqtisadi göstəricilər birjalarda tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.