Yanvar-oktyabr aylarında «İnvest-Az İnvestisiya Şirkəti»nin birja dövriyyəsi kəskin artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 368 milyon 113,4 min manat təşkil edib.
2022-ci ilin eyni dövrünə nisbətən şirkətin birja dövriyyəsi 304 milyon 77 min manat və ya 5,7 dəfə yüksəlib.
Xatırladaq ki, 2022-ci ilin analoji dövründə şirkətin birja dövriyyəsi 64 milyon 36,8 min manat olmuşdu.
Bu dövrdə Şirkətin dövlət istiqrazları üzrə əməliyyatlarının həcmi 80 milyon 567 min manat olub. Bu da illik müqayisədə 78 milyon 400,7 min manat, başqa sözlə 37,2 dəfə çoxdur.
Korporativ istiqrazlar üzrə əməliyatların dövriyyəsi 10 milyon 243 min manat, səhm əməliyyatlarının dövriyyəsi 1 milyon 532 min manat təşkil edib. .
Ən sürətli artım repo əməliyyatlarında baş verib – bu əməliyyatların dövriyyəsi 42,6 dəfə artaraq 275 milyon 770 min manat təşkil edib.
Ümumilikdə 2023-cü ilin ilk 10 ayında «İnvest-Az İnvestisiya Şirkəti» ilə birjada 2 387 əməliyyat aparılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.