ABŞ-da iqtisadi soyumanın davam etdiyinə dair işarələr ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) may ayına qədər faiz artımına son qoyacağına dair gözləntiləri gücləndirsə də, artan resessiya ehtimalları da risk iştahına mənfi təsir göstərib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
ABŞ-da həftənin ilk ticarət günü açıqlanan məlumatlara görə, Çikaqo FED-in milli aktivlik indeksi -0.19-da sabit qalarkən, Dallas FED-in İstehsal Sənayesi İndeksi isə -23.4-ə enib.
Çərşənbə günü də Amerikadan gələn zəif makroiqtisadi göstəricilər birjalarda qiymətlərə yansıdı. Beləki, “Conference Board” İstehlakçı Güvən İndeksi 101.3 bənd ilə 9 ayın ən aşağı səviyyəsinə düşdü.
ABŞ-da iqtisadi aktivliklə bağlı artan narahatlıqlar istiqrazlara tələbi artırsa da, valyuta bazarlarında FED-in növbəti toplantılarında da faiz artıra biləcəyi ilə bağlı proqnozlar əhəmiyyətli dərəcədə azalıb. Bankın gələn ay faiz dərəcələrini 25 bənd artıracağına dair gözləntilər 85% səviyyəsindədir.
Digər tərəfdən, ABŞ-da, Avrozonada və Almaniyada intensivləşəcək makroiqtisadi məlumat təqvimi və şirkətin maliyyə nəticələrindən gələn siqnallar birjalarda ciddi dalğalanmalara səbəb ola bilər.
FED-in faiz artımlarına dair investorların zaifləyən etimadı qızılda “buğaların” 1993$ dəstəyini qorumasına kömək etdi. Alıcılar qiyməti 2000$ həddinin üzərinə qaldıra və orada qoruyub saxlaya bilsələr, artım tendensiyası 2025$-a kimi davam edə bilər.
Artan resessiya ilə bağlı narahatlıqlar fonunda dünən “Brent” markalı neftin qiyməti 80.60$-a kimi gerilədi. Hazırda 81.30$-dan təklif edilən OİLUK-də qiymətlər 80.60$-ın altına düşsə, növbəti dəstək hədləri kimi 79.30$ və 78.00$ səviyyələri çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.