Bu həftə dünyanın ən böyük iqtisadiyyatlarında faiz qərarları açıqlanacaq. Qərarlardan əvvəl ABŞ və Avropa birja fyuçersləri bahalaşsa da, Asiya fond bazarlarında qarışıq mənzərə gözə dəyir.
"Bakı Fond Birjası"nın dövriyyəsi - 15% AZALDI
FED.az xəbər verir ki, S&P 500 və Nasdaq 100 fyuçersləri həftəyə mülayim qazanclarla başlayıb, Euro Stoxx 50 fyuçersləri də yüksəlir.
Asiyada Hong Kong Hang Seng və CSI 300 Çinin bərpası ilə bağlı narahatlıqlar fonunda azalır. Yapon Topix, əksinə, müsbət şəkildə fərqlənir.
ABŞ-ın 2 və 10 illik istiqrazlarının gəlirləri bir faiz bəndi artarkən, Bloomberg Dollar İndeksi sabit qalıb.
ABŞ-ın istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) məlumatları bu həftənin çərşənbə axşamı günü açıqlanacaq. Daha sonra çərşənbə günü FED, cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və cümə günü Yaponiya Mərkəzi Bankı (BOJ) faiz dərəcəsi qərarını açıqlayacaq.
Analitiklərin FED-in qərarı ilə bağlı proqnozları müxtəlifdir. Bəzi analitklər FED-in bu iclasda faizlərini 0,25 faiz bəndi də artıraraq pauzaya keçəcək. Bəzi analitiklər isə FED-in faizləri sabit saxlayacağını gözləyirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.