Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 milyard 334,502 milyon manat təşkil edib.
İnvestisiya fondlarına dair - YENİ TƏLƏBLƏR OLACAQ
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,4 % artaraq 4 452 olub.
BFB-nin dövriyyəsinin 39,1 %-i, yaxud 2 477,222 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 40,1 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 27,5 % artaraq 562,320 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 16 % artaraq 3 294,860 milyon manat olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.