Dünya bazarında qızılın qiyməti dünənki rekorddan sonra kəskin ucuzlaşıb. Artıq qiymətlər 5 min dollardan aşağıdır.
"Azərsun Holdinq"in səhmləri əhaliyə satılacaq - İLK DƏFƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yanvarın 30-da birjalarda qızıl və onunla birlikdə gümüşün qiyməti kəskin azalıb. Əslində qızılın ucuzlaşması yanvarın 29-dan başlayıb. Ötən gün qiymətlər 5615 dollar olaraq tarixi maksimumdan sonra bir qədən enməyə başlayıb və günü 5300 dollarla tamamlayıb. Bu gün isə qiymətlər daha da ucuzlaşaraq 5 min dollardan aşağı enib.
Qızılın qiyməti 3-4 il ərzində 10 000 dollara çata bilər - PROQNOZ
Qızılla yanaşı gümüş də ucuzlaşaraq 120 dollarlıq rekorddan sonra qiymətdə 10% itirib.
Ümumilikdə isə hətta bu ucuzlaşmadan sonra da yanvar ayı qızılın qiyməti tarixində ən böyük aylıq artımla yadda qalıb, təkcə bu ay, yəni ilin əvvəlindən indiyədək qızılın qiymətində 20% artım olub ki, bu da adətən konservativliyi ilə tanınan metalda ilk dəfədir. Gümüşün qiymətində isə ay ərzində düz 66% artım baş verib.
Ucuzlaşmaya baxmayaraq bəzi nikbin investorlar və ekspertlər 2026-cı il ərzində qızılın qiymətinin 5500-6000 dollar arasında dəyişəcəyini gözləyirlər. Eyni zamanda bəzi banklar qiymətin 4830 dollara, daha sonra – qarşıdakı 2-3 ərzində isə hətta 4000 dollara enəcəyini bildirirlər.
Qızılın ucuzlaşmasının səbəbi ABŞ prezidenti Donald Trampın Federal Rezerv Sisteminin rəhbəri vəzifəsinə Kevin Uorşu təklif etməsi olub. Uorş adətən inflyasiyailə mübarizə aparan adam kimi tanınır (yəni faiz dərəcələrini endirmiəsi ehtimalı azdır) amma son vaxtlar Trampın fikirlərinə yaxınlaşıb.
İstənilən halda bu adamın adının çəkilməsi FED-in faiz dərəcəsini kəskin aşağı salacağı ilə bağlı investoorların narahatlığını bir qədər azaldıb. Artıq dolların birjalarda başqa valyutalar qarşısında enməsi də dayanıb. DXY indeksi, hansı ki, dolların məzənnəsinin dünyadakı 6 valyutadan (avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı) ibarət zənbilə qarşı məzənnəsini göstərir, 95,7-dən 96,4-ə yüksəlib.











