Qarşıdakı 3-4 il ərzində qızılın qiyməti ikiqat bahalaşaraq 10 000 dollara çata bilər.
Azərbaycanda da qızıl bahalaşdı - ALIŞ QOYMƏTİ 200 MANATA QALXDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə BCS World of Investments şirkətinin fond bazarı üzrə eksperti Aleksandr Şepelev bildirib. Onun sözlərinə görə, qızılın troy unsiyası üçün qiyməti üç-dörd il ərzində 10 000 dollara çata bilər .
"Qızılın 10.000 dollara satılması üç-dörd illik perspektivdə mümkünsüz görünmür", - deyə o bildirib.
O hesab edir ki, qlobal gərginlik davam edərsə, qeyri-sabitlik nöqtələrinin sayı artarsa, sanksiyalarla bağlı qarşıdurmalar baş verərsə və ticarətin qloballaşması artarsa, bu metal belə bir qiymətə çata bilər. Bu fonda ölkələr aktiv şəkildə qızıl almağa davam edə bilərlər.
Bununla yanaşı, analitik qeyd edib ki, qlobal risklərin azaldığı dövrlər spekulyativ investorların axını ilə müşayiət oluna bilər və nəticədə qiymətlər unsiya üçün 3500-4000 dollara düşə bilər. O, qiymətli metalın 2026-cı ildə orta qiymətinin troya unsiyası üçün 4300 dollar olacağını təxmin edir.
Xatırladaq ki, bu gün, 26 yanvarda Comex birjasında 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq troya unsiyası üçün 5000 dollara çataraq yeni bir rekord səviyyəyə çatdı.











