Dünya bazarında qızılın ucuzlaşması davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-York Ticarət Birjasının bölməsi olan Comex-də qızıl fyuçerslərinin qiyməti 30 martdan bəri ilk dəfə olaraq, iyun ayı 4500 dollardan aşağı düşüb.
Bu qızılın bir qramının təqribən 3 dollar ucuzlaşaraq 148 dollardan 145 dollara enməsi deməkdir.
Xatırladaq ki, qızılın qiyməti 2026-cı ilin əvvəlində rekord həddə çatıb, sonradan bir qədər azalaraq bir neçə aydır ki, 1 unsiya üçün 5000 dollar həddində qalmışdı.














