Qızıl hələ də insanlar üçün ən etibarlı investisiyadır. Bu gün isə qızılın qiyməti rekord həddə çatıb.
Dünya bazarında platin qıtlığı və bahalaşması gözlənilir – WPIC-DƏN XƏBƏRDARLIQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ünya bazarında qızılın qiyməti 1 unsiya üçün 5 min dolları keçib. Bu bahalaşma özünü Azərbaycan bazarında, yəqi qızıl mağazalarında da göstərir.
Bakının qızıl mağazalarındakı satıcılar bildiriblər ki, qızılın alışı əvvəl 170 manat idisə, hazırda 200 AZN-ə çatıb, bu da alıcılar üçün çətinlik yaradır.
Onlar bildirirlər ki, qiymət artdığı üçün hazırda müştərilər ən çox 585 əyarlı qızılı istəyirlər.
Qlobal bazarlarda qızılın qiymətinin artmasının bir çox səbəbləri var.
Buna qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik və ABŞ dollarının zəifləməsi gətirib çıxarır.











