Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
FED.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,33% azalaraq 4 046,49 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 2,21% azalaraq 49,188 ABŞ dolları olub.











