Dünya əmtəə bazarlarında qızıl 100 dollar ucuzlaşıb.
FED.az xəbər verir ki, Comex birjasında qızılın qiyməti 100,30 dollar və ya 2,39% azalaraq 4 094,20 ABŞ dolları/unsiya səviyyəsinə düşüb.
Spot qızılın qiyməti isə 87,46 dollar və ya 2,10% geriləyərək 4 084,06 ABŞ dolları/unsiya təşkil edib.













