Yaxın Şərqdəki münaqişənin region miqyasında müharibəyə çevrilə biləcəyi qorxusu və investorların öz pulları üçün təhlükəsiz sığınacaq ehtiyacının azalması ilə qızıl ikinci həftəlik enişini yaşayır.
FED.az xəbər verir ki, spot qızıl, cümə axşamı gününü 0,4 faiz artımla başa vurduqdan sonra həftənin son ticarət günündə 1,955 dollar səviyyəsində qalıb.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra qızılın qiyməti may ayından bu yana ilk dəfə olaraq hər unsiya üçün 2 min dollara yaxınlaşmışdı. Bununla belə, müharibə riskinin gətirdiyi təsir nəticəsində son iki həftədə qııl 2 faizdən çox dəyər itirdi.