Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü 31 yanvar - 1 fevral tarixlərində keçirilən iclasının protokolu dərc olunub.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Son iclasda FED rəsmilərinin demək olar ki, hamısının faiz dərəcəsini 25 baza bəndi artırmaq yönündə həmfikir olduğunu ortaya qoyan protokolda bir neçə üzvün son iclasda faiz dərəcəsinin 50 baza bəndi artırılmasının tərəfdarı olduğu ifadə edilib.
Protokollarda inflyasiyanın FED-in 2%lik hədəfinin xeyli üzərində qaldığı, əmək bazarının hələ də çox gərgin olduğu və maaşların qiymətlərə yuxarı yönlü təzyiqini davam etdirdiyi bildirilib.
FED rəsmilərinin ümumilikdə inflyasiya risklərinin monetar siyasətin perspektivini formalaşdıran mühüm faktor olmağa davam etdiyini ifadə etdiyi protokollarda, risk idarəetmə baxımından inflyasiya 2%-ə düşənə qədər sərt monetar siyasətin davam etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
FED-in sərt pul-kredit siyasətini davam etdirəcəyi ehtimallarının qüvvətlənməsi fonunda dollar major valyutalar qarşısında aktuallığını qorudu.
Həmçinin bu gün Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və Amerikada açıqlanacaq ÜDM-in həcminə dair göstəricilər EUR/USD və GBP/USD məzənnələrində, eləcə də dolların digər major valyutalar qarşısında qiymətlərinin formalaşmasına ciddi təsir edə bilər.
Bu gün həmçinin Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzində olacaq.
FED-in "şahin" mövqeyini qoruyacağı fikri ilə düşən qızıl hazırda 1828$-dan təklif olunur. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$-ın altına düşərsə, 1800$ və 1780$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti”” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.