Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
FED.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,71% artaraq 4 078,2 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 2,88% artaraq 49,53 ABŞ dolları olub.













