“MFX-Trading İnvestisiya Şirkəti” ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, investisiya şirkəti ötən ili 143,1 min manat zərərlə bitirib. 2022-ci ildə isə 304,1 min manat zərər etmişdi.
İnvestisiya şirkəti ötən il cəmi 198 manat gəlir əldə edib. Əvvəlki il isə cəmi 22 manat gəlir əldə etmişdi.
Şirkətin ümumi və inzibati xərcləri zərərində olduğu kimi 143,1 min manata bərabər olub. Xərclər son bir ildə 160,8 min manat və ya 2,1 dəfə azalıb.
İnvestisiya şirkəti əmək haqqı xərcləri 36,5 min manat, DSMF xərcləri 7,4 min manat, amortizasiya xərcləri 6,1 min manat, digər xərcləri 89,5 min manata bərabər olub.
İllik müqayisdə əmək haqqı xərcləri 2,5 min manat (7%), DSMF xərcləri 0,5 min manat (7%) artıb, amortizasiya xərcləri 5,4 min manat (47%), digər xərcləri 136,5 min manat (2,5 dəfə) azalıb.
“MFX-Trading İnvestisiya Şirkəti” 391,6 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 3,8 min manat (1%) artıb.
Öhdəliklərin həcmi 43,1 min manat (22%) azalaraq 150 min manata düşüb.
Balans kapitalı 46,9 min manat (24%) artaraq 241,6 min manata çatıb.