Qızıl qiymətləri son günlərdə kəskin yüksəliş nümayiş etdirib.
Bitcoin 88 min dolları keçdi - SON QİYMƏT
FED.az xəbər verir ki, hal-hazırda qızılın bir unsiyasının qiyməti 3.489,47 ABŞ dolları səviyyəsinə çatıb. Bu, yalnız bir gün ərzində 174,34 dollar və ya 5,26% artım deməkdir.
Son 30 gün ərzində artım +306,15 dollar və ya 10,17%, 6 ayda isə +598,03 dollar və ya 22,01% təşkil edib. Ən diqqətçəkən rəqəmlər isə uzunmüddətli performansla bağlıdır. Bir il ərzində qızılın qiyməti 991,42 dollar artaraq 42,67%, 5 ildə isə 1.586,64 dollar bahalaşaraq 91,79% yüksəlib. 20 illik dövrdə artım isə möhtəşəmdir – 2.880,46 dollar və ya 662,68%.
Bu rəqəmlər göstərir ki, qızıl təkcə qısamüddətli sərmayə aləti deyil, həm də uzunmüddətli riskdən qorunma vasitəsi kimi öz mövqeyini möhkəmləndirməkdədir. Qiymət artımının əsas səbəbləri kimi geosiyasi gərginliklər, inflyasiya narahatlıqları və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər göstərilir.
Ekspertlər hesab edirlər ki, hazırkı iqtisadi və siyasi fon davam edərsə, qızılın qiymətində daha da artım müşahidə oluna bilər və 4 000 dollar səviyyəsinə çata bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.