Bu gün, 20 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106020784 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Faizlər aşağı düşdü, Maliyyə Nazirliyi – Daha Çox İstiqraz Satdı
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 93.5088 (11.6245%) və 100.0000 (9.0000%) olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.5871 (9.9500%), orta ölçülmüş qiyməti 97.8513 (9.8445%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84,8 milyon manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib. Başqa sözlə, sifarişlər sərfəli şərtlərlə olduğuna görə, nazirlik əvvəl planlaşdırdığından 50% artıq istiqraz yerləşdirib.
İstiqrazların ödəmə tarixi 17 oktyabr 2023-ci il.
Hərrac iştirakçıları 21 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.