Maliyyə nazirliyinin bir illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, 13 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104011777 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 91.7846 (9.0000%) və 93.5349 (6.9500%) olan 23 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1623 (7.3799%), orta ölçülmüş qiyməti 93.2255 (7.3068%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,889,100.00 manat yerləşdirilmiş həcmi isə 37 500 000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 12 oktyabr 2021-ci il.
Hərrac iştirakçıları 14 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.