19 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108012946 ISIN-li, 30 mln. manat həcmində, 1820 gün (5 illik) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Azərbaycanda 2046-cı ilədək müddəti olan istiqraz buraxıldı – 50 MİLYON MANAT
FED.az xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 80.6956 AZN (10%) və 97.8613 AZN (5.495%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 109 milyon manatdan artıq olub.
Maliyyə Nazirliyinin qərarına əsasən isə istiqrazların kəsmə qiyməti 95.7348 AZN (6 %) manat, orta ölçülmüş qiyməti 96.0614 (5.9216%) manat müəyyən edilib. Nəticədə sifarişlərin 109 milyon manat təşkil etməsinə baxmayaraq, yerləşdirilmiş həcm 30,5 milyon manat olub. İstiqrazların ödəmə tarixi 13 aprel 2027-ci il.
Hərrac iştirakçıları 20 aprel 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.