14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2059008683 ISIN-li, 50 milyon manat həcmində, 9000 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilib. Hərrac qiyməti 1 000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat olub. İstiqrazların illik gəlirliyi 3% təşkil edir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 milyon manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 4 dekabr 2046-cı ildir.