Tanınmış kriptovalyuta olan Ethereum (ETH) hazırda 4 661,15 dollar qiyməti ilə alınıb-satılır.
Bitcoin bahalaşmağa davam edir - SON QİYMƏT
FED.az xəbər verir ki, son bir saatda ETH qiymətində 0,02% artım qeydə alınıb. Son 24 saat ərzində də bahalaşma davam edərək 1,24% təşkil edib. Həftəlik göstəricilərə baxdıqda Ethereum 5,74% yüksəlib. İlin əvvəlindən bu günə qədər isə kriptovalyuta ümumilikdə 36,92% bahalaşıb ki, bu da onu 2025-ci ilin ən güclü performans göstərdiyini sübut edir.
Hazırda Ethereum-un bazar kapitallaşması 550,5 milyard dollar həcmindədir. Son 24 saatda 43,06 milyard dollar həcmində ETH alınıb və satılıb. Dövriyyədə olan Ethereum-un sayı isə 120,7 milyon ədəddir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.