Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin dinamikası açıqlayıb.
FED.az xəbər verir ki, korporativ istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "Capital Partners Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 16,4 dəfə və ya 24,1 milyon manat artıb.
"İnvest-Az İnvestisiya Şirkəti"-nin korporativ istiqrazları üzrə dövriyyəsi 5,2 dəfə və ya 54 milyon manat yüksəlib.
Bu dövrdə "Paşa Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 3,3 dəfə, başqa sözlə 896,5 milyon manat artım qeydə alınıb.
"Unicapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 67%, başqa sözlə 355,8 milyon manat artım baş verib.
Korporativ istiqrazlar üzrə dövriyyəsi ən kəskin azalan şirkət isə 6 dəfə və ya 22,2 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.