Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin dinamikası açınlayıb.
FED.az xəbər verir ki, korporativ istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "Capital Partners Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 15,1 dəfə və ya 22,1 milyon manat artıb.
"İnvest-Az İnvestisiya Şirkəti"-nin korporativ istiqrazları üzrə dövriyyəsi 5,2 dəfə və ya 54 milyon manat yüksəlib.
Bu dövrdə "Paşa Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 3,2 dəfə, başqa sözlə 834,1 milyon manat artım qeydə alınıb.
Korporativ istiqrazlar üzrə dövriyyəsi ən kəskin azalan şirkət isə 6 dəfə və ya 22,2 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.