Bakı Fond Birjası bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 2 investisiya şirkətinin korporativ istirqazları üzrə dövriyyəsi 1 mlrd. manatdan çoxdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 1,3 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“Assist Finance İnvestisiya Şirkəti” korporativ istiqrazları üzrə dövriyyəsi 1,1 milyard manat ilə ikinci yerdə olub.
“Unicapital İnvestisiya Şirkəti” 889,7 milyon manatla ilk üçlüyə daxil olub.
“ABB İnvest İnvestisiya Şirkəti”ində bu göstərici 324 milyon manata yaxınlaşıb.
Ən aşağı göstərici “Troni İnvestisiya Şirkəti”ndə (87,2 min manat) qeydə alınıb.