«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfəyədək artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində şirkətin birja dövriyyəsi 1 milyard 640 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 802 milyon manat və ya 95,8% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 2,86 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 214,2 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 12,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 409 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1,7 milyon manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 77,7 milyon manat (57%), korporativ istiqrazları dövriyyəsi 34,9 min manat (0,3%), repo əməliyyatları üzrə dövriyyəsi 727,1 milyon manat (2,1 dəfə) artıb.
Dövr ərzində *İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 1,066-ya bərabər olub.