«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində şirkətin birja dövriyyəsi 944,3 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 535,4 milyon manat və ya 2,3 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 170 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 12,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 760,7 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1 milyon manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 98,6 milyon manat (2,4 dəfə) korpartiv istiqrazları dövriyyəsi 2,2 dəfə (6,7 milyon manat), repo əməliyyatları üzrə dövriyyəsi 2,3 dəfə (435,4 milyon manat) artıb.
Dövr ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 458-ə bərabər olub.