2020-ci ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Eləcə də bax: Azərbaycan holdinqi $500 milyonluq istiqraz buraxdlı - 6 QAT TƏLƏB GƏLDİ
FED.az BFB-yə istinadən xəbər verir ki, investisiya şirkətləri arasında ilk pillədə 460 milyon 733 min manat manat dövriyyə ilə “PAŞA Kapital” , 2-ci pillədə 259 milyon 383 min manat dövriyyə ilə "AzFinance” , 3-cü pillədə 42 milyon 995 min manat dövriyyə ilə "Unicapital”, 4-ci pillədə 29 milyon 652 min manatla “BTB Kapital” , 5-ci pillədə 10 milyon 343 min manatla “Xalq Kapital”, 6-cı pillədə isə 9 milyon 110 min manatla “PSG”,7-ci pillədə 2 milyon 513 min manatla İnvest-Az" investisiya şirkəti qərarlaşıb.