Azərbaycanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edən “İnvestAZ İnvestisiya Şirkəti” QSC 2021-ci ildə korporativ istiqrazlar bazarında mövqeyini xeyli gücləndirib.
Eləcə də bax: Səhmlər üzrə ən çox əməliyyat - “İnvestAZ”a TAPŞIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı Fond Birjasının bildiridiyinə görə, investisiya şirkəti ötən il korporativ qiymətli kağızlar üzrə 283.2 mln. manatlıq əməliyyat aparıb.
Bu da 2020-ci illə müqayisədə 172.65 mln. manat, yaxud 56.01% artmışdır.
“İnvestaz İ.Ş.” 2021-ci ildə 127.56 mln. manatlıq Mərkəzi Bank notları üzrə, 24.99 mln. manatlıq dövlət istiqrazları, 15.45 mln. manatlıq səhm əməliyyatları, 24.5 mln. manat repo əməliyyatları həyata keçirib ki, bu da cəmi olaraq 451.29 mln. manatlıq əməliyyat aparıb.
Korporativ istiqraz – emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.